Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda 15 bankın mənfəəti artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 15 bankın mənfəəti artıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 15-nin bu ilin yanvar-iyun aylarındakı mənfəəti ötən ilin eyni dövrünə nisbətən çox olub.

 

Bunlar "Bank Respublika", "Bank of Baku", "Rabitəbank", "Unibank", "Express Bank", "Yapı Kredi Bank Azərbaycan", "PAŞA Bank", "Azərbaycan Sənaye Bankı", "Azər-Türk Bank", "Kapital Bank", "Ziraat Bank Azərbaycan", "Azərbaycan Beynəlxalq Bankı", "Xalq Bank", "Günay Bank" və "Atabank"dır. Adı çəkilən banklar arasında ən yüksək dinamika "Bank Respublika"da (20,1 dəfə), ən aşağı dinamika isə "Atabank"da (21,1%) qeydə alınıb.

 

7 bankın - "Naxçıvan Bank", "Bank BTB", "Turan Bank", "Premium Bank", "Bank Avrasiya", "AFB Bank" və "NBC Bank"ın isə mənfəəti illik müqayisədə azalıb. Ən çox azalma "NBC Bank"da (90,1%), ən az azalma isə "Naxçıvan Bank"da (4,5%) baş verib.

 

2 bankın - "Access Bank" və "Muğan Bank"ın zərəri illik müqayisədə çox olub. Müvafiq olaraq 7,9 dəfə və 3,5 dəfə.

 

2 bankın - "Amrah Bank" və "AGBank"ın isə zərəri illik müqayisədə az olub. Müvafiq olaraq 34,7% və 82,5%.

 

2 bank - İran və Pakistan Milli Banklarının Bakı filalları bu ili I yarısını zərərlə, ötən ilin I yarısını mənfəətlə, 2 bank - "Bank VTB Azərbaycan" və "Nikoyl Bank" isə bu ilin yanvar-iyun aylarını mənfəətlə, ötən ilin yanvar-iyun aylarını isə zərərlə başa vurduğu üçün onların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

 

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-sı bu ilin 1-ci yarısını zərərlə başa vurub.

 

Bunlar Pakistan Milli Bankının Bakı filialı, "AGBank", "Amrah Bank", "Muğan Bank", İran Milli Bankının Bakı filialı, və "Access Bank"dır. Zərərliliyin ən yüksək həddi "Access Bank"da (86,53 milyon manat), ən aşağı həddi isə Pakistan Milli Bankının Bakı filialında (252 min manat) qeydə alınıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

® "Renkinq"

05.08.2019 07:25

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ