Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Stadion "Bank Respublika Arena" adlanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Stadion "Bank Respublika Arena" adlanacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” ilə Topaz Premyer Liqasında mübarizə aparan“Sabah” Futbol Klubu (FK) arasında sponsorluq və əməkdaşlıq haqqında yeni müqavilə imzalanıb.

 

Reklam_3_11

Müqaviləyə əsasən, “Sabah” FK-nın Topaz Premyer Liqasında mübarizə aparan əsas və I Divizionda yarışan əvəzedicilərdən ibarət komandaları 2019/20 mövsümündə keçirdikləri bütün oyunlarda üzərində “Bank Respublika” yazılan formalarda çıxış edəcəklər.

 

Bundan əlavə, klubun ev oyunlarını keçirdiyi Masazırdakı stadion yeni mövsümdən “Bank Respubika Arena” adlanacaq. Bu müddətdə Bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.

 

"Biz inanırıq ki, “Sabah” FK ilə olan əməkdaşlığımız ölkəmizdə futbolu daha da aktiv inkişaf etdirməyə, gəncləri aktiv idman növlərinə cəlb etməyə imkan verəcəkdir. Düşünürəm ki, müasir standartlara malik peşəkar futbol stadionlarından birinin “Bank Respublika Arena” adlanması, Bankımızın  Azərbaycan futboluna olan dəstəyin növbəti göstəricisi olacaq", - deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.

 

“Azərbaycan futboluna investorların və sponsorların gəlişi müsbət haldır. Ötən il “Bank Respublika” ilə sponsorluq müqaviləsi imzaladıq. Bu il isə bankla yeni müqavilə bağladıq. Yeni mövsümdən ev oyunlarımızı keçirdiyimiz stadion “Bank Respublika Arena” adlanacaq. Bu da onu göstərir ki, ötən mövsümkü əməkdaşlıq özünü tam doğruldub və  aramızdakı bağlar daha da möhkəmlənib. Fikrimcə, bu anlaşma “Bank Respublika” ilə əməkdaşlığımızda yeni səhifənin başlanğıcı olacaq. Ümid edirəm ki, gələcəkdə bu cür anlaşmalar nəinki bizim klubda, həmçinin Azərbaycan futbolunda mütəmadi hal alar”,  - deyə “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov qeyd edib.

05.08.2019 08:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ