Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Honq-Konqda "çox təhlükəli" vəziyyətin yarandığı bildirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Honq-Konqda "çox təhlükəli" vəziyyətin yarandığı bildirilir

Honq-Konqda davam edən gərginlik dərinləşir, etirazçılar şəhərin nəqliyyat şəbəkələrinin işinə mane olurlar. Carrie Lam vəziyyəti "çox təhlükəli" olaraq xarakterizə edib. Etirazlar ardıcıl 9 həftədir davam edir. 


 

Reklam_3_11

Honq-Konq lideri Carrie Lam, nümayişçilərin Asiyanın maliyyə mərkəzini bağladıqlarını, axsaqlıqlara səbəb olmalarının "çox təhlükəli bir vəziyyət" olduğunu bildirib. 

 

Nümayişçilər, Honq Konqda yolları bağlayıb, metro və hava limanı əməliyyatlarının axsamasına səbəb olurlar.

 

"Cathay Pacific Airways" şəhərə gələn və şəhərdən gedəcək 140-dən çox uçuşun ləğv olduğunu, "Hong Kong Airlines Ltd."  isə 30 uçuşun reallaşa bilmədiyini açıqlayıb.  

 

Hökumətin yüksək vəzifəli rəsmisi jurnalistlərə verdiyi açıqlamada, "Etirazçılardan milli suverenliyi təhdid edən davranışlar gördük. Honq Konqu məhv etmək istəyirlər və yeddi milyon insanın dolanışıq qaynağına zərər verirlər",- deyib. 

 

Etirazlar Apreldə parlamentə təqdim edilmiş qanun layihəsinədir.  Qanun layihəsinə görə, Honq-Konqda cəza almış və ya haqqında günahlandırma olan şəxslərin Çinə təhfil verilməsi asanlaşır. 


7,4 milyon əhalisi olan Honq-Konqda xalqın böyük hissəsi Çinin mühakimə sistemindən narahatdırlar. 

05.08.2019 09:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ