Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Fitch”: FED-in faizi artırması Manata birbaşa təsir etməyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Fitch”: FED-in faizi artırması Manata birbaşa təsir etməyəcək

ABŞ-ın Federal Ehtiyyat Sisteminin (FED) dünən uçot dərəcəsinin artırılması ilə bağlı qəbul etdiyi qərar Azərbaycan manatının məzənnəsinə birbaşa təsir etməyəcək.

 

Bunu “Fitch” beynəlxalq reytinq agentliyi   Azərbaycanın bank sektoru ilə bağlı keçirdiyi tədbirdə bəyan edib.

 

Qurumda hesab edirlər ki, uçot dərəcəsinin artımı yalnız dolayı yolla psixoloji təzyiq yarada bilər: “Yalnız neftin qiymətində ciddi dəyişiklik olarsa, bu, məzənnənin formalaşmasında rol oynaya bilər”. 

 

Xatırladaq ki, dünənki qərarla FED uçot dərəcəsini 0,75-1,00%-dək artırıb.

 

MƏRKƏZİ BANK: BİRBAŞA TƏSİR ETMƏYƏCƏK 

 

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) ötən gün başa çatan ikigünlük iclasında uçot dərəcəsini artıraraq 1%-ə çatdırması ilə bağlı qərarı Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasətinə birbaşa təsir etməyəcək.

 

Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən VI illik konfransında AMB-nin Tədqiqat və inkişaf mərkəzinin maliyyə sektoru və bazarlarının təhlili üzrə şöbəsinin müdiri Leyla Yusifzadə deyib.

 

"Ola bilər ki, FED-in qərarının dolayısı ilə bizə təsirləri olsun. Amma bu təzyiqlər psixoloji təzyiqlər şəklində olacaq. Əgər neftin qiyməti nəzərəçarpacaq dərəcədə dəyişəcəyi halda monetar siyasət dəyişə bilər. Neft qiymətlərinin cüzi dəyişməsi fiskal siyasətə və eyni zamanda Dövlət Neft Fondunun xərclərinə təsir etməyəcək. Amma mən düşünmürəm ki, FED-in dünənki qərarının təsiri olmayacaq", - deyə o bildirib.

 

© Report, APA

16.03.2017 07:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ