Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Qayğıkeş” klubu çərçivəsində 30 mindən artıq nağdsız ödəniş

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qayğıkeş” klubu çərçivəsində 30 mindən artıq nağdsız ödəniş
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Azərbaycan Beynəlxalq Bankının kart müştəriləri “Qayğıkeş” klubu çərçivəsində 30 mindən artıq nağdsız ödəniş həyata keçirib


 

Ölkəmizdə nağdsız ödənişlərin həcminin artırılmasına dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankı ötən ilin dekabr ayında “Qayğıkeş” (QayğıCash) layihəsini təqdim etmişdi. Bu layihə çərçivəsində bir neçə ay ərzində Bankın kart sahibləri 30 mindən artıq nağdsız ödəniş həyata keçirib.

 

“Qayğıkeş” bankın öz tərəfdaşları ilə birgə tətbiq etdiyi “cashback” xidmətidir. Bu xidmət çərçivəsində Azərbaycan Beynəlxalq Bankının bütün ödəniş kartlarının, o cümlədən əmək haqqı, pensiya, eləcə də başqa debet və kredit kartlarının sahibləri bankla tərəfdaş ticarət və xidmət məkanlarında bankın POS terminalları ilə alış-veriş edən zaman ödədikləri vəsaitlərin 1%-dən 40%-dək hissəsi dərhal onların kart hesabına geri qayıdır.

 

“Qayğıkeş” layihəsinə çox qısa müddət ərzində müxtəlif sektorlarda fəaliyyət göstərən yüzlərlə ticarət və xidmət obyektləri qoşulub və bu say getdikcə artmaqdadır. Bankın bu layihə üzrə tərəfdaşlıq etdiyi ticarət və xidmət məkanları ilə buradan tanış olmaq mümkündür: https://www.ibar.az/az/individual/qaygikesh-klubu/

 

Bank müştərilərinin “Qayğıkeş” (QayğıCash) layihəsinə qoşulmaqdan ötrü xüsusi qeydiyyatdan keçmələrinə ehtiyac yoxdur. Azərbaycan Beynəlxalq Bankının bütün kart sahibləri avtomatik olaraq layihəyə qoşulmuş sayılırlar. Müştərilər geri qayıdan vəsaitlər barədə məlumatı “SMS xəbərdarlıq” xidməti və ya IBAm mobil əlavəsi vasitəsilə əldə edə bilərlər. Hazırda Azərbaycan Beynəlxalq Bankının POS terminallarının sayı 10,000-ə yaxındır. Bank POS terminal şəbəkəsinin sürətlə artırılmasını və nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində silsilə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

05.08.2019 12:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ