“AGT” ötən il geriləyib - 11 MİLYON MANATDAN ÇOX AZALMA
“AGT Menecment Məsləhət və Tikinti Xidmətləri” MMC 2018-ci ili 1 milyon 850 min manat xalis mənfəət ilə başa vurub. 2017-ci illə müqayisədə şirkətin xalis qazancı 969 min manat və ya 34,4% azalıb. Azalmanın səbəbi “AGT”nin gəlirlərinin azalmasıdır.
“Marja” şirkətin illik hesabatına istinadən xəbər verir ki, 2017-ci ildə 32 milyon 202 min manat təşkil etmiş əsas əməliyyat gəliri 2018-ci ildə 21 milyon 51 min manata düşüb (11 milyon 150 manat və ya 34,6 azalma).
2017-ci illə müqayisədə 2018-ci ildə “AGT”nin cəmi aktivləri 6,7% azalaraq 23 milyon 738 min manata düşüb. Ötən ilin sonunda şirkət təxminən 14 milyon manat cəmi kapitala malik olub. Kapitalın təxminən 13 milyon manatını bölüşdürülməmiş xalis mənfəət təşkil edib. “AGT”nin 1 milyon 20 min manat nizamnamə kapitalı var.
“AGT Menecment Məsləhət və Tikinti Xidmətləri” MMC Əliyev Elnur Əli oğluna (12,5%), Əliyev Kamil Əli oğluna (12,5%), Türkiyənin “M.D.M İnşaat” şirkətinə (50%) və Portuqaliyanın “Manmar Unipessoal LDA and Comandiya” şirkətinə (25%) məxsusdur.
"AGT Menecment Məsləhət və Tikinti xidmətləri" MMC 2006-cı ildə körpü, aeroport və yol tikintisi məqsədilə yaradılmışdır. Növbəti illərdə şirkət ticarət və xidmət sektorlarına da daxil olmuşdur. Şirkət tikinti texnikalarının, generatorların, yuyucu aparatlatın, təmizləmə vasitələrinin və s. satışı ilə də məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
12 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 13 saat əvvəl
-
13 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
14 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl