Ən yuxarı (mobil)_30

"Neft qiymətləri 20-30 dollara düşə bilər" xəbərdarlığı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neft qiymətləri 20-30 dollara düşə bilər" xəbərdarlığı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bank of America Merrill Lynch" Çinin İran nefti alması vəziyyətində neft qiymətlərində kəskin azalma olacağını nəzərdə tutur.


 

ABŞ-ın iri investisiya banklarından "Bank of America Merrill Lynch"a (BofA) görə, Çin ABŞ-ın son əlavə gömrük tarifi addımlarına cavab olaraq İrandan xam neft almağa qərar verərsə, neftin barelinin qiyməti 30 dollara qədər geriləyə bilər.

 

"Marja" xəbər verir ki, "Bank of America Merrill Lynch"ın Araşdırma departamenti Brent neft üzrə qiymət təxminini 60 dollarda qoruduqlarını, ancaq Çinin İrandan ola biləcək neft alışının qiymətlərdə enişə səbəb olacağını, bu ssenaridə qiymətin 20 - 30 dollara qədər enə biləcəyi xəbərdarlığını edib. 

 

Ötən həftə ABŞ Prezidenti Donald Tramp, 300 milyard dollar dəyərindəki Çin məhsuluna 10% nisbətində əlavə gömrük vergisi açıqlamış, qərar neftin 8%-lik kəskin ucuzlaşmasına səbəb olmuşdu.

 

Analitiklər Çinin İrandan neft alışı da daxil ABŞ-a qarşı cavab verməsi vəziyyətində neftdə volatilliyin (qiymət dəyişkənliyinin) yenidən artacağına diqqət çəkirlər.

 

Neft qiymətləri bu gün də pisləşən vəziyyətlə düşməkdə davam edib. Brent neftin bareli 1.5% düşərək 60.94 dollara, ABŞ xam neftin bareli də 1.5% enişlə 54.81 dollardan alıcı tapıb. 

05.08.2019 13:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ