Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Mallar gömrük postunda boşaldılıb, artıq mallar aşkar edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mallar gömrük postunda boşaldılıb, artıq mallar aşkar edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gömrükçülər külli miqdarda tekstil məmulatlarının gömrük orqanına düzgün bəyan olunmadan ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

 

Reklam_3_11

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq dəniz ticarət limanı” gömrük postuna Türkmənistan Respublikasından tekstil məmulatlarının yükləndiyi “Fikrət Əmirov” adlı Gəmi daxil olub.

 

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, Türkmənistan istehsalı olan 1853 kq çəkidə 15.000 kvadratmetr və 3000 kq çəkidə 20.000 kvadratmetr həcmdə tekstil məmulatları “Arçın KM” MMC-nin ünvanına göndərilib.

 

“Arçın KM” MMC həmin malları müvafiq gömrük bəyannamələri üzrə sərbəst dövriyyə üçün buraxılış proseduru altında rəsmiləşdirib. Gömrük bəyannamələri Baş İdarədə qəbul edildikdən sonra idxal olunan mallar gömrük postunun ərazisinə boşaldılıb. Gömrük baxışı zamanı idxal olunan malların gömrük bəyannamələri və mal-müşayiət sənədlərində göstərilən miqdarından artıq - 400 ədəd müxtəlif tekstil məmulatları, 700 metr parça və 17.000 kvadratmetr bez parçası malları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

06.08.2019 05:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ