Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Tümenin biznes missiyası avqustda Azərbaycanda səfərdə olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tümenin biznes missiyası avqustda Azərbaycanda səfərdə olacaq

Tümen vilayətinin iş adamları avqustda Azərbaycana səfər edəcəklər. Bu barədə Tümen vilayətinin Ticarət və Sənaye Palatasının mətbuat xidmətindən məlumat verilib.

 

"İxrac yönümlü müəssisələrin nümayəndələrindən ibarət biznes missiya Tümen vilayətinin İxraca Dəstək Mərkəzinin iştirakı ilə avqustun 11-16-da Bakıda səfərdə olacaq. Biznes missiyanın proqramına işgüzar görüşlər və Azərbaycandan olan potensial tərəfdaşlarla danışıqlar daxildir. Bundan başqa, biznes missiyanın iştirakçıları Azərbaycanın fərdi idxalçı müəssisələrinə baş çəkəcəklər”, - deyə məlumatda bildirilir.

 

Missiya çərçivəsində sınaq mal tədarükünə dair sazişlərin imzalanması planlaşdırılır.

 

Biznes missiyanın iştirakçıları “Tümen Cihaz” MMC (neft, qaz, enerji və digər sahələrdə obyektlərin sənaye avtomatlaşdırılması sahəsində xidmət göstərir), “Tümen maşınqayırma zavodu”, “Jizn” MMC (torf və sapropel hasilatı), “SİBNA” SC-dir (enerji daşıyıcılarının hesablanmasında ən müasir texnologiyalar və orijinal texniki həllər).

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© İnterfaks-Azərbaycan

06.08.2019 14:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ