Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Fındığın 75%-ni istehsal edən 3 ölkə sözü bir yerə qoydu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fındığın 75%-ni istehsal edən 3 ölkə sözü bir yerə qoydu

Hər 3 ölkə fındığı ucuzlaşdırmayacaq, dünya bazarlarına razılaşdıracaqları yüksək qiymətlər ilə təklif edəcəklər


 

Türkiyə, Azərbaycan və Gürcüstanın kənd təsərrüfatı nazirlikləri fındıq sahəsində əməkdaşlıq barədə sənəd ("Fındık Alanında Stratejik İşbirliği Deklarasyonu") imzalayıblar. Əməkdaşlıqda məqsəd fındıq qiymətlərini yüksək saxlamaqdır.

 

“Marja” xəbər verir ki, Azərbaycanın Kənd təsərrüfatı naziri İnam Kərimov Türkiyənin Ordu şəhərində səfərdə olub.

 

Səfər çərçivəsində Türkiyənin Kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli, Azərbaycanın Kənd təsərrüfatı naziri İnam Kərimov və Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı naziri arasında görüş olub.

 

İnam Kərimov imzalanmış sənədin çox önəmli olduğunu qeyd edərək, bu sayədə fındıq istehsalçılarının gələcəkdə daha çox gəlir əldə edəcəklərini bildirib:

 

“Dünyada fındığın 75%-ni istehsal edən bu 3 ölkə gəlirlərini daha da artıra bilər. Bunun üçün əməkdaşlıq çox önəmlidir. İnanıram ki, əməkdaşlığımız nəticəsində istehsalçıların əldə edəcəyi, ölkələrə daxil olan valyuta daha yüksək məbləğlərdə olacaqdır”.

 

Türkiyənin Kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli, “İstehsalçıları qorumalıyıq, eyni zamanda istehlakçılar bahalı fındıq yeməməlidir. Amma fındıq ixrac məhsuludur. Fındığın 90%-i ixrac olunur. Bu səbəbdən qiymət nə qədər yüksək olarsa o qədər yaxşı olacağını düşünürük”,- deyib.

 

Əməkdaşlıq ilə fındığın məhsuldarlğının və keyfiyyətinin artırılması da hədəflənir. Eyni zamanda, xəstəliklər ilə birgə mübarizə aparılacaq.

 

3 ölkənin nazirinin iştirakı ilə Orduda fındıq yığımına başlanılıb.

07.08.2019 06:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ