Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Yarmarkalara 20 minə yaxın qoyun çıxarılacaq - QİYMƏTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yarmarkalara 20 minə yaxın qoyun çıxarılacaq - QİYMƏTLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “Kənddən Şəhərə” satış yarmarkalarına 20000-ə yaxın qurbanlıq qoyun çıxarılması planlaşdırılır. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir.

 

Məlumatda qeyd edilib ki, qoyunların qiymətləri çəkilərinə uyğun olaraq 160 manat (diri çəki 23-25 kq), 170 manat (diri çəki 25-30 kq) və 180 manat (diri çəki 30+ kq) dəyərində müəyyənləşdirilib.

 

Məlum olduğu kimi, bayram günü bazarlarda uzun növbələr yaranır. Bu problemlə üzləşməmək üçün vətəndaşlar “Kənddən Şəhərə” saytına daxil olaraq 9 avqust saat 23:59-dək Bakı, Sumqayıt və Abşeron yarımadasındakı satış məntəqələrində online şəkildə növbə götürə və alacaqları qurbanlıq qoyunları öncədən sifariş edə bilərlər. Bunun üçün https://kenddenshehere.az/qurbanliq linkinə daxil olmaq, mövcud xanalar üzrə şəxsi məlumatları qeyd etmək lazımdır. Sifariş qəbul edildikdən sonra vətəndaşın mobil telefonuna təsdiq bildirişi gələcək. Daha sonra vətəndaş yarmarkada xüsusi ayrılmış yerdə “Aqrar Tədarük və Təchizat” ASC-nin əməkdaşına yaxınlaşaraq telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı ala biləcək.

 

Qurbanlıq qoyunların satış yarmarkası ölkə ərazisində 30 fərqli nöqtəni əhatə edəcək. Satış yarmarkalarından 19-u paytaxt Bakıda təşkil ediləcək. 

 

Qurban bayramı ilə əlaqədar təşkil ediləcək “Kənddən Şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda keçiriləcək:

 

Bakı şəhəri üzrə:

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi (“White palace” şadlıq sarayının yanı)

Binəqədi rayonu, Xocasən-Biləcəri-Binəqədi yolu, 10 May küçəsi (dörd yol)

Nizami rayonu, M.Əliyev kücəsi ilə O.Vəliyev küçəsinin kəsişməsindəki ("Milord" şadlıq evinin yanı)

Nərimanov rayonu, Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən Qarabağ mehmanxanasının söküntü sahəsi.

Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26,  Heyvan kəsimi məntəqəsinin həyəti

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Kürdəxanı şossesinin sağ tərəfi

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72

Suraxanı rayonu, Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin həyəti

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V” yaşayış sahəsində yerləşən "Günəş” ticarət mərkəzinin həyəti

Səbail rayonu, 20-ci sahə, “Aylı Gecə” restoranının həyəti

Səbail rayonu, Gülbala Əliyev küçəsi, Beton zavodunun  arxa hissəsi

Xətai rayonu, Zığ yolu 5, "Nargilə" kafesinin yaxınlığı

Xətai rayonu, İnqilab İsmayılov küçəsi 8

Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Bakı avtomagistralının sağ tərəfi,  "Şaurma” kafesi və "Embawood" mağazaları arasındakı ərazi

Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolunun sağ tərəfi, lambir müəssisəsinin yanı

Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 196, "İdeal” şadlıq sarayının ərazisi

Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 7-ci binanın yan tərəfi

Yasamal rayonu, Yeni Yasamal, M.Xiyabani küçəsi 31a, Dairəvi yolun kənarı

Yasamal rayonu, Yeni Yasamal,  M.Xiyabani küçəsi 5, "Qismət" şadlıq sarayının qarşısı

 

Abşeron üzrə:

Novxanı qəsəbəsi, İlqar Abdullayev küçəsi 26, "Qaraj" restoranının yanı

Xırdalan şəhəri, Qalibiyyə küçəsi 12, Təzə bazarın girişi       

Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi ilə Qaçaq Nəbi küçəsinin kəsişməsi, "Araz" Marketin yanı  

Saray qəsəbəsi, Bakı-Quba yolu, DYP postunun yanı, "Araz" Marketin həyəti   

Məmmədli qəsəbəsi, "Göyqurşağı" yaşayış kompleksi,  "Araz" Marketin yanı   

 

Regionlar üzrə:

Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 61A, Heyvan bazarının yanı     

Göygöl rayonu, Qızılca kəndi, Heyvan bazarının yanı 

Şamaxı şəhəri, Göylər kəndi yolu, Heyvan bazarının yanı     

Qəbələ şəhəri, Nizami küçəsi 8       

 

07.08.2019 06:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ