Orta bazar qiymətinə satın alınmış məhsullar yarmarkalara çıxarılıb
Regionlardan orta bazar qiymətinə satın alınmış məhsullar Novruz bayramı münasibəti ilə təşkil edilən yarmarkalara çıxarılıb.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətə başladığı gündən torpaq adamlarının iqtisadi maraqlarını qorumağa çalışır və bu məqsədlə qurumun yerli strukturları tərəfindən hər həftə kənd təsərrüfatı məhsulları fermerlərdən tədarük olunaraq paytaxtdakı yarmarkalarda istehlakçılara təklif edilir. Novruz bayramının başlaması ilə bağlı olaraq qurum tədarük prosesini daha da gücləndirib, region fermerlərindən tədarük olunaraq paytaxta gətirilən məhsulların həcmi artırılıb.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti Novruz bayramının başlaması ilə bağlı olaraq regionlarda yerli fermerlərdən tədarük olunmuş kənd təsərrüfatı məhsullarının yarmarkalarda satışına başlayıb. Bu gün ölkənin bir sıra regionlarından toplanmış kənd təsərrüfatı məhsulları paytaxtın bir neçə yerində təşkil edilmiş yarmarkalara çıxarılıb. Cəmiyyətin nəqliyyat vasitələri tərəfindən regionlardan daşınaraq paytaxta gətirilən məhsullar fermerlərdən orta bazar qiymətinə alınır. Yarmarkaların keçirildiyi ünvanlar:
Binəqədi rayonu
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə litseyinin həyəti;
Xətai rayonu
- Bakı kinoteatrının yanı;
Sumqayıt şəhəri
Köhnə avtovoğzalın ərazisi.
Təşkil olunmuş yarmarkalara Cəmiyyət tərəfindən 100 tondan artıq kənd təsərrüfatı məhsulları təklif olunub. İstehlakçılara bayram günlərində eyni həcmdə və bol çeşiddə məhsullar təklif olunur.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti işini fasiləsiz quraraq bayram günlərində paytaxt əhalisinin ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına çalışacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
7 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
11 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
11 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 14 saat əvvəl
- 14 saat əvvəl