Mobil manşet üstü reklam_21

Bu il toplanmış buğdanın miqdarı açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il toplanmış buğdanın miqdarı açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dənlilərin və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. 2019-cu il avqust ayının  5-nə olan məlumata əsasən payızlıq və yazlıq dənlilər və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 1 miluon 39,5 min hektar sahənin 1 milyon 26,5 min hektarı və yaxud 98,7 faizi biçilərək məhsulu yığılmışdır. 

 

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, toplanmış məhsul 3 milyon 218,0 min ton təşkil etmiş və məhsuldarlıq 31,4 sentnerə bərabər olmuşdur. 

 

Yığılmış məhsulun 2 milyon 167,1 min tonu və yaxud 67,4 faizi buğda, 1014,9 min tonu (31,5 faizi) arpa, 36,0 min tonu (1,1 faizi) digər dənlilər və dənli paxlalı bitkilərdir.

 

Respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 33 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilmiş, digərlərində isə biçinin aparılma səviyyəsi 90,0 faizdən aşağı olmuşdur.

 

Ölkənin 25 rayonunda dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarı olmuşdur. Ən yüksək məhsuldarlıq Bərdə (1 hektardan 43,1 sentner), Saatlı (müvafiq olaraq 41,4), Sabirabad (39,8), Tərtər (38,8), Ağdam (38,4), Salyan (38,0), İmişli (37,2),  Ağcabədi (36,1), Cəlilabad (35,0) və İsmayıllı (34,8) rayonlarında olmuşdur.     

 

Dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin digər rayonlara nisbətən daha yüksək istehsalı Şəki şəhərində (235,9 min ton), Cəlilabad (237,7 min ton), Kürdəmir (162,0 min ton), Ağsu (116,7 min ton), Füzuli (115,0 min ton), Neftçala (112,1 min ton), Ağcabədi (105,3 min ton) rayonlarında və Naxçıvan Muxtar Respublikasında (109,8 min ton) müşahidə olunmuşdur.

07.08.2019 09:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ