Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Nəzarət-kassa aparatlarına dair yeni tələblər müəyyənləşdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nəzarət-kassa aparatlarına dair yeni tələblər müəyyənləşdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nazirlər Kabineti “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nı təsdiq edib.

 

"Marja" xəbər verir ki, bu Qaydalar Azərbaycan Respublikasının ərazisində tətbiq olunan nəzarət-kassa aparatlarının (NKA) meyarları, qeydiyyatı, dövlət reyestri, onlara servis texniki xidmətin göstərilməsi, habelə NKA operatoruna dair tələblər və onların qeydiyyatı ilə bağlı qaydaları müəyyən edir və bununla bağlı yaranan münasibətləri tənzimləyir.

 

NKA-nın istismarında, o cümlədən qeydiyyatı və servis texniki xidmətində iştirak edən subyektlərə aşağıdakılar aiddir:

 

- NKA-nın operatorları;

- NKA-nın istifadəçiləri;

- Vergilər Nazirliyi tərəfindən müsabiqə əsasında seçilən hüquqi şəxs;

- Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyası;

- Vergilər Nazirliyi;

- Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi.

 

NKA malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan pul hesablaşmalarının qeydiyyatında istifadə edilən, hesablaşmalar zamanı aparılan əməliyyatlar barədə məlumatların toplanması, emal edilməsi, saxlanması və internet bağlantısı yaranan kimi Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı və bu Qaydalarla müəyyən olunan meyarlara cavab verməli olan aşağıdakı avadanlıqlardır:

 

- proqram təminatlı nəzarət-kassa aparatları – hesablama qurğusuna malik, proqram təminatı və əməliyyat sistemi ilə təchiz edilmiş avadanlıq;

 

- proqram təminatlı portativ tipli nəzarət-kassa aparatları – hesablama qurğusuna malik, proqram təminatı və əməliyyat sistemi ilə təchiz edilmiş, öz enerji mənbəyinə malik olan və müvəqqəti olaraq xarici enerji mənbəyi olmadan işləyə bilən elektron avadanlıq;

 

Proqram kassası malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan əməliyyatlar üçün nəzərdə tutulmuş xüsusi proqram təminatı və ya proqram-aparat kompleksidir. Nəzarət mexanizmi qurğusu malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmalar barədə məlumatların Vergilər Nazirliyinin informasiya sisteminə ötürülənə qədər toplanması, emal edilməsi, saxlanması və internet bağlantısı yaranan kimi ötürülməsini, İstifadəçi və NKA-nın autentifikasiyasını və bu prosedurların həyata keçirilməsinə nəzarəti təmin edən qurğudur.  Nəzarət-kassa aparatları operatorlarının internet portalı (www.ekassa.gov.az) bu Qaydaların tələblərinin icrası məqsədilə Vergilər Nazirliyi tərəfindən yaradılmış rəsmi internet səhifəsidir. Operator NKA-nın təqdim edilməsi və təchizatını, nəzarət mexanizmi qurğusuna müvafiq proqram təminatının yazılmasını, habelə bu avadanlıq və qurğulara qeydiyyat və servistexniki xidmətlərin göstərilməsini həyata keçirən Operator qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir. İstifadəçi malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisidir. Açıq açarın texnoloji sertifikatı (NKA və nəzarət mexanizmi qurğusunun zavod nömrəsi, VÖEN, obyektin kodu, obyektin ünvanı, sertifikatın buraxılış və bitmə tarixinin istifadəçiyə aid olduğunu təsdiqləyən və Vergilər Nazirliyi tərəfindən göndərilən elektron fayldır. Açıq açar açıq açar kriptosistemində yalnız konkret nəzarət mexanizmi qurğusuna məxsus olan qapalı açara birləşdirilmiş hər kəsə məlum olan açardır.

 

QR Code (Quick Response Code) xüsusi qurğular vasitəsilə oxunan, hər hansı ictimai mənbəyə keçidi olan və Vergi Məcəlləsində nəzərdə tutulmuş çekin bütün məlumatlarını keçid mənbədə əks etdirən optik ştrix-kod, malın sürətli məlumat kodudur. Unikal identifikator çekdə onaltılıq say sistemi üzrə simvollardan ibarət NKA-nın fiskal rejiminin nişanını kriptoqrafik məlumat mühafizəsi vasitəsindən istifadə etməklə formalaşdıran, nəzarət mexanizmi qurğusu tərəfindən tərtib edilmiş rəmzi sətirdir.

 

Azərbaycan ərazisində yalnız dövlət reyestrinə daxil edilmiş NKA modellərinin tətbiqinə icazə verilir. NKA vahid şəkildə işləyən iki hissədən – proqram kassası və nəzarət mexanizmi qurğusundan ibarətdir. Aşağıdakı meyarlara cavab verən NKA əhali ilə hesablaşmaların aparılmasında istifadə edilə bilər:

 

- NKA-da aparılan əməliyyatların, çeklərin və onların formalaşma ardıcıllığının etibarlı uçotunu, habelə həmin məlumatların toplanması, emalı, saxlanması və internet bağlantısı yaranan kimi Vergilər Nazirliyinə ötürülməsini təmin edən proqram təminatı və əməliyyat sistemləri ilə təchiz edilən;

 

- USB portu mövcud olan;

 

- Vergi Məcəlləsində nəzərdə tutulmuş NKA çekini çap etməyə imkan verən müvafiq çap qurğusu ilə təchiz edilən;

 

- NKA üzrə dəyişdirilməyən zavod və ya seriya nömrəsinə malik olan;

 

- internet resurslarına çıxış imkanlarına (GSM, Wi-fi, Ethernet və s. vasitəsilə) malik olan.

 

NKA ilə bağlı texniki tələblər Komissiya tərəfindən müəyyən edilir. Vergilər Nazirliyi və ya onun tərəfindən müsabiqə əsasında seçilən hüquqi şəxs Operatoru nəzarət mexanizmi qurğusu ilə təmin edir. Nəzarət mexanizmi qurğusunun verilməsi bu Qaydalara əlavə olunmuş təhvil-təslim aktı (əlavə) ilə rəsmiləşdirilir. Nəzarət mexanizmi qurğusu üçün sertifikat 3 il müddətinə verilir və bu müddət ərzində həmin nəzarət mexanizmi qurğusunun yeni NKA-ya quraşdırılmasına onda olan məlumatların Vergilər Nazirliyinə ötürülməsindən sonra yol verilir.

 

Nəzarət mexanizmi qurğusu aşağıdakıları təmin edir:

 

- internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatların saxlanılmasını;

 

- məlumatların tamlığının və etibarlılığının qorunmasını;

 

- məlumatların kriptoqrafiya üsullarından istifadə etməklə unikal identifikatorun formalaşmasını;

 

- fəaliyyətə başladığı andan NKA çeklərinin sıra ardıcıllığının pozulmamasını;

 

- çekin formalaşma tarixinə nəzarət edilməsini. Nəzarət mexanizmi qurğusu 7 gündən müddətdən sonrakı tarixə çekin formalaşmasına icazə vermir. NKA çeki yalnız nəzarət mexanizmi qurğusu quraşdırıldığı halda və Operator tərəfindən göndərilmiş pin kod İstifadəçi tərəfindən daxil edildikdən sonra çap edilə bilər.

 

Aşağıdakı hallarda NKA-nın istifadəsi mümkün deyil:

 

- proqram kassası dövlət reyestrinə daxil edilmiş modelə nisbətdə dəyişdirildikdə;

 

- unikal identifikatora malik çeki çap etmək mümkün olmadıqda;

 

- proqram kassası yararsız hala düşdükdə;

 

- proqram kassasının zavod və ya seriya nömrəsi dəyişdirildikdə;

 

- proqram kassasının zavod və ya seriya nömrəsi açıq açarın texnoloji sertifikatında göstərilən nömrə ilə uyğun olmadıqda;

 

-  7 gün ərzində nəzarət mexanizmi qurğusunda olan məlumatların

 

Nazirliyə ötürülməsi mümkün olmadıqda;

 

- nəzarət mexanizmi qurğusunda olan məlumatların dəyişdirilməsi məqsədilə hər hansı əməliyyatlar aparıldıqda;

 

- nəzarət mexanizmi qurğusunun sertifikat müddəti bitdikdə və ya yararsız hala düşdükdə.

 

Yeni Qaydaların qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında” 1995-ci il 28 dekabr tarixli qərarı ləğv edilib.

 

Qaydalar ilə ətraflı buradan tanış ola bilərsiniz.

07.08.2019 08:50

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ