Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

BOKT zərərdən mənfəətə keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
BOKT zərərdən mənfəətə keçib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"İnkişaf üçün maliyyə" BOKT ötən ili mənfəətlə başa vurub

 

Reklam_3_11

"İnkişaf üçün maliyyə" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 1 milyon 494 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 269 min manat xalis zərərlə çıxmışdı.

 

Ötən il "İnkişaf üçün maliyyə"nin gəlirləri 3 milyon 477 min manat,  xərcləri 1 milyon 799 min manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 575 min manat, mənfəət vergisi ödəmələri isə 759 min manat təşkil edib.

 

Bu il yanvarın 1-nə "İnkişaf üçün maliyyə"nin aktivləri 4 milyon 382 min manat olub ki, bu da illik müqayisədə 20,6% azdır. Bunun 2 milyon 935 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 28,7% kiçilib.

 

Hesabat dövründə "İnkişaf üçün maliyyə"nin öhdəlikləri 50,6% azalaraq 2 milyon 570 min manata düşüb, balans kapitalı isə 5,7 dəfə artaraq 1 milyon 813 min manata çatıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Renkinq 

07.08.2019 10:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ