Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Mirvari” Park Kompleksi açıldı - FOTOLAR+YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Mirvari” Park Kompleksi açıldı - FOTOLAR+YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda yeni inşa olunmuş “Mirvari” Park Kompleksində yaradılan şəraitlə tanış olublar.

 

Reklam_3_11

Beş hektar sahəsi olan kompleksdə uşaqlar üçün mini futbol və iki oyun meydançası, müxtəlif attraksionlar, yelləncəklər, idman qurğuları, söhbətgahlar və fəvvarə quraşdırılıb.

 

Müasir işıqlandırma sistemi ilə təchiz olunan bu istirahət guşəsində, eyni zamanda, müxtəlif tədbirlərin keçirilməsi üçün səhnə də inşa edilib.

 

Dövlətimizin başçısı və birinci xanım parkda Qarabağ müharibəsi əlillərinin “ASAN xidmət”in “Ailə Biznesinə Asan Dəstək” proqramı çərçivəsində nümayiş etdirilən rəsm əsərlərindən və müxtəlif səpgidə dekorativ əl işlərindən ibarət sərgiyə baxdılar.

 

İstirahət məkanında “Ahılların Günərzi Mərkəzi” də fəaliyyət göstərir.

 

Mərkəz Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 2019-cu ilin iyun ayında imzaladığı Sərəncama əsasən yaradılıb. Burada hər gün sosial yardıma ehtiyacı olan 50 ahıla növbəlilik əsasında pulsuz xidmət göstəriləcək.

 

Sonra dövlətimizin başçısı və birinci xanım “Mirvari” Park Kompleksində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.

07.08.2019 15:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ