Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Prezident və xanımı yeni inşa olunan yaşayış kompleksində - FOTOLAR + YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezident və xanımı yeni inşa olunan yaşayış kompleksində - FOTOLAR + YENİLƏNİB

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda qəzalı binaların sakinləri üçün inşa edilən kompleksə gələrək, binalardakı mənzillərdə yaradılan şəraitlə tanış olublar.

 

Prezident İlham Əliyevin “Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq müvafiq komissiya tərəfindən rayon ərazisində qeydiyyata alınmış 369 qəzalı binada yaşayan 5181 nəfərdən ibarət 1510 ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış kompleksi inşa olunur.

 

Rayon mərkəzində ayrılmış 6,5 hektar ərazidə yerləşən kompleks 28 çoxmərtəbəli, 807 mənzilli binadan ibarət olacaq. Hazırda kompleksdə 114 mənzildən ibarət üç binanın tikintisi başa çatıb.

 

Kompleksə daxil olan digər binalarda isə tikinti-quraşdırma işləri davam etdirilir. Tikintidə 200 nəfər işlə təmin olunub.

 

Kompleksə 340 şagird yerlik məktəb binası, 120 yerlik iki uşaq bağçası, üç idman meydançası və velosiped zolağı daxildir. Ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb.

 

Bu layihənin icrası bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının sosial məsələlərinin həlli, onun rifahının, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir.

07.08.2019 15:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ