Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda yol-nəqliyyat hadisələri və zərərçəkənlər artıb - 342 ÖLÜM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda yol-nəqliyyat hadisələri və zərərçəkənlər artıb - 342 ÖLÜM
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 822 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,2 faiz artaraq 1087 nəfər olmuşdur.

 

Reklam_3_11

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, onlardan 342-si həlak olmuş, 745-i isə yaralanmışdır.

 

Hadisələrin 46,3 faizi gündüz, 36,5 faizi gecə, 17,2 faizi isə toran vaxtı baş vermiş, 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

 

Yol-nəqliyyat hadisələrinin 89,7 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalaraq 249 nəfər, yaralananların sayı isə 0,7 faiz azalaraq 723 nəfər olmuşdur.

 

Bütün yol-nəqliyyat hadisələrinin 43,7 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 33,1 faizi (0,7 faiz çox) bir neçə nəqliyyat vasitəsinin, 23,2 faizi (24,8 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.

 

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,0 faizini, yaralananların isə 73,4 faizini kişilər təşkil etmişdir.

 

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 12 hadisə baş vermiş, nəticədə 4 nəfər ölmüş,  9 nəfər yaralanmışdır. Hadisələrin 66,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

07.08.2019 12:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ