Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bank əməkdaşları arasında məşhur platformanı tətbiq etməyə başladı - AZƏRBAYCANDA İLK DƏFƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank əməkdaşları arasında məşhur platformanı tətbiq etməyə başladı - AZƏRBAYCANDA İLK DƏFƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Öz strategiyasında korporativ mədəniyyətin inkişafına böyük əhəmiyyət verən “Bank Respublika” Azərbaycanda ilk dəfə olaraq əməkdaşları arasında dünyaca məşhur “Happyforce” platformasını tətbiq etməyə başlayıb.

 

Happyforce - əməkdaşların xoşbəxtlik dərəcəsini ölçməyə imkan verən daxili ünsiyyət kanalıdır. Bu platforma vasitəsilə əməkdaşlar əhvalına uyğun səs verə və şərhlərini real vaxtda və anonim şəkildə paylaşa biləcəklər.

 

Platformanı işçilər arasında tətbiq etməklə Bank, gündən-günə sayı artan əməkdaşları arasında korporativ mədəniyyət və iş mühitinin daha da yaxşılaşdırmağı planlaşdırır.

 

“Happyforce platformasının yaranmasından bu günə qədər, təxminən 4 il ərzində, dünyanın bir çox ölkələrində müxtəlif sahələr üzrə fəaliyyət göstərən yüzlərlə təşkilatla görüşmüşəm. Təcrübəmə əsasən əminliklə deyə bilərəm ki, uğurunun əsasını dürüstlük, şəffaflıq və açıq ünsiyyət təşkil edən, müştəriləri qədər işçilərinə dəyər verən təşkilatların sayı çox azdır. Bu səbəbdən, belə bir təşkilatla qarşılaşdıqda sevinc və fərəh hissi keçiririk. Bank Respublikanın bu hərəkata qoşulan, komanda və insanları idarə etmək üçün innovativ və humanist yanaşmaları tətbiq edən həmin təşkilatlardan biri olması ilə fəxr edirik” – deyə "Happyforce" şirkətinin Baş İcraçı Direktoru Alex Rios bildirib.

 

“Bank Respublika olaraq müştərilərimiz və tərəfdaşlarımızla yanaşı, əməkdaşlarımızın da məmnuniyyətinin daima qayğısına qalmağa çalışırıq. "Happyforce" platformasının tətbiqində başlıca məqsədimiz əməkdaşlarımız üçün daha yaxşı iş şəraiti və şərtlərinin məhz onların təşəbbüs və təklifləri əsasında qurulmasıdır. Əməkdaşlarımızı dinləmək, problem və ya çətinliklərinin həlli istiqamətində zəruri addımları atmaq, ideya və təşəbbüslərini dəyərləndirməklə onların xoşbəxtliyini təmin etmək əsas hədəflərimizdən biridir”- deyə, bankın İnsan Resursları Departamentinin direktoru İlkin Zeynallı bildirib.

07.08.2019 14:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ