Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakıda nəqliyyat arteriyasının yaxınlığında yerləşən zavodun özəlləşdirilməsinə başlanıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda nəqliyyat arteriyasının yaxınlığında yerləşən zavodun özəlləşdirilməsinə başlanıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Daha bir maşınqayırma zavodunun özəlləşdirilməsinə başlanılıb


 

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Bakıda nəqliyyat arteriyasının stratejı qovşağında yerləşən "Bakı Neftqazmədən Avadanlıqları Zavodu" ASC-nin özəlləşdirilməsinə başlayıb.

 

Birinci mərhələdə əmək kollektivinin üzvlərinə səhmlərin ümumi nominal dəyəri 450 min manat olan 15%-i təklif olunur.

 

"Marja" Komitənin elanına istinadən xəbər verir ki, “Azneftkimyamaş” ASC-nin tabeliyində olan “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” törəmə açıq səhmdar cəmiyyətinin 3 000 000 manatlıq nizamnamə kapitalı hər birinin nominal qiyməti 2 manat olan 1 500 000 ədəd səhmdən ibarətdir. Güzəştli satışa çıxarılmış səhmlərin sayı 225 000 ədəddir. 

 

Bakı Neftqazmədən Avadanlıqları Zavodu Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, İlqar Məmmədov küçəsi, 37F-də yerləşir. 

 

1,5 ha torpaq sahəsi olan Bakı neftqazmədən avadanlıqları zavodu 1967-ci ildən fəaliyyət göstərir.Zavod neft avadanlıqlarının istehsalı, təmiri və servisi üzrə ixtisaslaşmışdır. İstehsal etdiyi məhsullar isə neft məhsullarının daşınması üçün avtoçənlər, borudaşıyan xüsusi qoşqular və nasos avadanlıqlarından ibarətdir.

 

Müəssisə H.Əliyəv Beynəlxalq Hava Limanına 9 km məsafədə yerləşir.

 

Bundan əvvəl Əmlak Məsələləri Dövlət Komitəsi “Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinə yekun vurub. Qalib investor dövlət büdcəsinə 4,7 milyon manat ödəməyi, dəyəri 10,2 milyon manat olan investisiya proqramı icra etməyi, müəssisənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna olan 1,9 milyon manat borcunu, əmək haqqı və ona bərabər tutulan 115 min manat borcunu ödəməyi və digər sosial-iqtisadi öhdəlikləri yerinə yetirməyi üzərinə götürüb.

 

Təqdim olunmuş İnvestisiya Proqramına əsasən investor tərəfindən müəssisəyə müasir avadanlıqların və texnologiyaların alınması, poladəritmə sexində yeni sobaların tikilib quraşdırılması, müəssisənin xammal və material ehtiyatının artırılması planlaşdırılır. Eyni zamanda istehsal sahələrinin yerləşdiyi binalarda təmir-bərpa işlərinin görülməsi, elektrik mühərriklərinin təmiri və sarğılanması sexinin qurulması, qum ələnmə sahəsinin tikilməsi və avadanlıqlarla təchiz edilməsi, tikinti materiallarının qəbulu sahəsinin təşkili, əritmə, yığma və dəmirçi sexlərində hava təmizləyicilərinin qurulması, habelə digər işlərin görülməsi nəzərdə tutulur.

 

Bu işlərin görülməsi üçün investor tərəfindən müəssisəyə bir il ərzində yuxarıda qeyd olunan məbləğdə investisiyaların yatırılması, nəticədə 165 yeni iş yerinin yaradılması, işçilərin sosial təminatının gücləndirilməsi planlaşdırılır.

08.08.2019 06:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ