Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-ın bazalarında xam neft ehtiyatları artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın bazalarında xam neft ehtiyatları artıb

ABŞ Enerji İnformasiya İdarəsi, ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 2,4 milyon barel (0,5%) artaraq 438,9 milyon barelə qalxdığını açıqlayıb. Mütəxəssislər, ölkədəki neft ehtiyatlarının 2,8 milyon barelə düşəcəyini gözləyirdilər. Xam neft ehtiyatları bir əvvəlki həftə isə 8,5 milyon barel azalmışdı.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları keçən həftə bir əvvəlki həftə ilə müqayisədə dəyişiklik göstərməyərək 644,8 milyon bareldə qalıb.

 

ABŞ-ın benzin ehtiyatları keçən həftə 4,4 milyon barel (1,9%) artaraq 235,2 milyon barelə qalxıb. Benzin ehtiyatları bir əvvəlki həftə 1,8 milyon barel azalmışdı.

 

NEFT İSTEHSALI ARTIB

 

Ölkənin xam neft istehsalı da keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 100 min barel artıb. Beləcə 27 İyul - 2 Avqust həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik ortalama 12,3 milyon barel səviyyəsində reallaşıb.

 

ABŞ-ın xam neft idxalı keçən həftə bir əvvəlki  həftə ilə müqayisədə gündəlik ortalama 485 min barel artımla 7,14 milyon barelə yüksəlib, ixracı gündəlik ortalama 709 min barel azalaraq 1,86 milyon barelə geriləyib.

08.08.2019 08:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ