"Türkiyədə “Merkuri” kompleksinin təməlini qoymağı planlaşdırırıq"

“SOCAR Turkey Enerji” şirkəti (ARDNŞ-nin törəməsi, SOCAR) 2020-ci ilin birinci yarısında Türkiyədə “Merkuri” neft-kimya kompleksinin təməlini qoymağı planlaşdırır. Bu barədə “SOCAR Turkey Enerji” şirkətinin baş direktoru Zaur Qəhrəmanov məlumat verib.

 

“2020-ci ilin birinci yarısında yeni müəssisənin təməlini qoymağı planlaşdırırıq. Bu sərmayə, SOCAR-ın digər bütün layihələri kimi strateji əhəmiyyətə malikdir. Müəssisə tamamlanıb fəaliyyətə başladıqdan sonra Türkiyənin Saf Tereftal Turşusu (PTA) idxalı tamamən aradan qaldırılacaq”, - Qəhrəmanov  bildirib.

 

O xatırladıb ki, yeni kompleks “Petkim” neft-kimya kompleksivə “STAR” NEZ-in yaxınlığında Əliağa rayonunda inşa olunacaq.

 

“Bu müəssisə də "Star" NEZ-dən və "Petkim"dən tədarük ediləcək xammalın şaquli inteqrasiya ilə istifadəsinə imkan yaradacaq. Əliağadakı ərazimizdə inşa ediləcəyi üçün həm "Petkim", həm də "Star"dan əldə edilən xammal ehtiyatlarına və birgə istifadə olunan infrastruktura çox yaxın olacaq. Bu da, öz növbəsində həm məhsuldarlıq, həm də rəqabət baxımından böyük üstünlük gətirəcək. Bu müəssisənin qurulması ilə "Star" NEZ-in istehsal edəcəyi reformat məhsulu da burada emal olunacaq və əlavə dəyəri yüksək olan neft-kimya məhsullarına çevriləcək”, - Qəhrəmanov qeyd edib.

 

Onun sözlərinə görə, hazırda "Petkim" Türkiyənin yeganə inteqrasiya edilmiş neft-kimya kompleksidir və bazarın yalnız 20%-ni təmin edə bilir. Yeni kompleksin inşası Türkiyənin neft-kimya məhsulları idxalı etməsini azaltmaq və beləliklə, xarici ticarət kəsirinin azaldılmasına töhfə vermək üçün bu payı artırmağa imkan yaradacaq. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© “APA”  

8 Avqust 2019 , 11:02   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin