Hesab.az-da Qurban bayramı sevinci!

® Hesab.az müqəddəs Qurban bayramı münasibətiylə istifdəçilərinin üzünü güldürəcək möhtəşəm kampaniya ilə bayram günlərində də hədiyyə qazandırmağa davam edəcək.

 

Artıq ənənə halını almış bol hədiyyəli Bayram kampaniyasında minlərlə hədiyyə qazanan istifadəçidən biri də siz olacaqsınız.

 

Bunun üçün sadəcə siz 10-13 Avqust tarixlərində Hesab.az-da qeydiyyatlı şəkildə kommunal,Kabel TV,İnternet,mobil,stasionar telefon ödənişinizi  ödəyəcək  və  müxtəlif dəyərli hədiyyələr qazanacaqsınız. Belə ki, həm veb, həm də mobil tətbiq ilə ödənişlərinizi saniyələr içində, istənilən yerdən həyata keçirmiş və dəyərli elektronik hədiyyələr qazanmış olursunuz. Kampaniya ilə bağlı ətraflı məlumatı linkə daxil olaraq əldə edə bilərsiniz: https://bit.ly/33opSM7

 

Hesab.az komandası Azərbaycan xalqını müqəddəs və ən əziz günlərindən biri Mübarək Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, kəsilən qurbanların, dua və ibadətlərin qəbul olunmasını diləyir.

 

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

 

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

8 Avqust 2019 , 13:25   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin