Ən yuxarı statik reklam_3

Səudiyyəlilər aşağı neft qiymətlərindən çıxış yolu axtarır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyəlilər aşağı neft qiymətlərindən çıxış yolu axtarır

Rəsmilər tərəfindən verilən açıqlamaya görə, Krallıq neft qiymətlərindəki enişin davam etməsini qəbul etməyəcək və bu mövzunu müzakirə etmək üçün digər istehsalçılar ilə ünsiyyətə keçiblər.


 

Reklam_3_11

Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən verilən açıqlamaya görə, Səudiyyə Ərəbistanı rəhbərliyi digər neft istehsalçısı ölkələrin rəhbərliyinə telefon ilə zəng edib. Səbəb neft qiymətlərinin 7 ayın ən aşağı səviyyəsinə (Brent nefti bu gecə 55 dollara düşüb) geriləməsidir. Telefon danışıqları zamanı çıxış yolları və tətbiq edilə biləcək siyasətlər müzakirə edilib.  "Marja" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

 

Rəsmilərin açıqlamalarına görə, Krallıq neft qiymətlərində davam edən enişi qəbul etməyəcək və mövzuya dair bütün variantları qiymətləndirəcək. Açıqlama edən və adının gizli qalmasını istəyən rəsmilər nə kimi tədbirlər görüləcəyinə dair bir məlumat verməyiblər. 

 

Dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı, hal-hazırda Neft İxrac Edən Ölkələr Birliyi və Birliyə üzv olmayan müttəfiqlərinin  razılaşması çərçivəsində istehsalını həddindən çox azaldıb. 

 

ABŞ və Çin arasında ticarət gərginliyinin artması ilə qlobal iqtisadi vəziyyət pisləşir. Durğunluğun yaranacağı və neftə tələbin azalacağı gözlənilir. 

 

08.08.2019 13:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ