Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

İnnovasiyalar Agentliyinin İdarə Heyətinə sədr və üzvlər təyin edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İnnovasiyalar Agentliyinin İdarə Heyətinə sədr və üzvlər təyin edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinə sədr və İdarə Heyətinin üzvləri təyin edilib. 

 

Reklam_3_11

Bu barədə “Marja”ya  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

 

Tural Kərimli İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri, Fariz QuliyevAyan Kərimova İdarə Heyətinin üzvləri təyin olunub.

 

T. Kərimli 1981-ci ildə anadan olub.

 

Qafqaz Universitetində beynəlxalq hüquq üzrə bakalavr və magistr təhsili alıb.

 

Təhsilini Harvard Universiteti Con Kennedi Dövlət İdarəçilik Məktəbində İnvestisiya qərarları və maliyyə davranış iqtisadiyyatı sahəsi üzrə davam etdirib.

 

T. Kərimli 2009-2017-ci illərdə “İSRA” Şirkətlər Qrupuna rəhbərlik edib.

 

2018-ci ilin yanvar ayından Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsində çalışıb.

 

Qeyd edək ki, bundan əvvəl Fariz Quliyev Azərbaycan Dövlət İqtisad Universitetinin  UNEC  Biznes Məktəbində baş müəllim,  Ayan Kərimova isə “Yüksək Texnologiyalar Parkı” MMC-nin Layihələrə Dəstək və Biznesin İnkişafı şöbəsinin müdiri vəzifəsində çalışıb.

08.08.2019 17:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ