Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İtaliyada hökumət böhranı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İtaliyada hökumət böhranı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İtaliyada koalisiya hökumətində Baş nazirin köməkçisi və daxili işlər naziri Lig partiyasının lideri Matteo Salvini seçkiyə gedilməsini istəyib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Matteo Salvini, "Yüksək sürətli qatar ilə bağlı səsvermədə səsçoxluğu olmadığını gördük. Bir qərar qəbul edilməsi üçün parlamentə gedirik və sonra sözü artıq seçiciyə verəcəyik" ifadəsini istifadə edib.

 

Koalisiya, partiyaların rənglərinə görə sarı (M5S) - yaşıl (Lig) koalisiya adlandırılır. Koalisiyanın qurduğu hökumətə Giuseppe Conte liderlik edir (Baş nazir). Hökumətin ortaqları arasında bir müddətdir davam edən fikir ayrılıqları, dünən Senatda tikintisi illərdir davam edən Torino-Lyon Yüksək Sürətli Qatar Layihəsi üçün keçirilən səsvermədə böhrana çevrilib. 

 

İqtidardakı M5S partiyası söz mövzusu layihənin dayandırılmasını təklif edir. Bu təklif, Lig və digər partiyalar tərəfindən rədd edilir. Koalisiya ortaqlarının  qarşılıqlı açıqlamaları ilə bir-birilərini günahlandırması, Salvininin ortaqları ilə ipləri qoparmasına gətirib çıxarıb.

 

Salvini bir müddətdir koalisiya ortağı M5S-i böyük proyektlər başda olmaqla hər şeyə "xeyr" deməklə günahlandırır. O bu şəkildə davam etməyin faydasız olduğunu bildirir.  

 

Conte hökuməti

 

İtaliyada 4 Mart 2018-də keçirilmiş seçkidə ən çox səs yığmış iki partiya (M5S və Lig) teknokrat Baş nazir Conte-nin liderliyində 1 İyun 2018-də koalisiya hökumətini qurmuş və parlamentdən razılıq alaraq fəaliyyətə başlamışdı. M5S partiyasının lideri Di Maio, Lig partiyasının lideri isə Salvinidir. 

09.08.2019 06:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ