Ən yuxarı (mobil)-2_30

Beynəlxalq Bankda yeni təyinatlar olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankda yeni təyinatlar olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Beynəlxalq Bankının menecment komandasına daha 2 yeni şəxs qoşulub.

 

Bankdan “Marja”ya daxil olmuş məlumata görə, Emil Qədimov Bankın İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. Bu vəzifədə o, filialların idarə edilməsi məsələləri ilə məşğul olacaq. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetindən məzun olmuş E.Qədimov bank sektorunda 2003-cü ildən fəaliyyət göstərir. “Unibank” ASC-də,“Bank Standard” QSC-də, “NikoilBank” ASC-də müxtəlif vəzifələrdə çalışıb. Son təyinata qədər Azərbaycan Beynəlxalq Bankının Səbail filialının müdiri vəzifəsini müvəqqəti icra edib.

 

Elvin Məmmədov isə Bankın Problemli kreditlərlə iş departamentinin direktoru vəzifəsinə təyinat alıb. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş E.Məmmədov bank sektorunda 2006-cı ildən çalışır. “Bank of Baku” ASC-də, “Unibank” ASC-də müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Son təyinata qədər “AzərTürk Bank” ASC-nin Problemli kreditlər departamentinin direktor müavini olub. O, Azərbaycan Beynəlxalq Bankının Problemli kreditlərlə iş departamentinin direktoru vəzifəsində Akif Əliyevi əvəz edib. A.Əliyev isə Bankın İdarə Heyəti sədrinin müşaviri təyin olunub.

16.03.2017 09:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ