Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan-Çexiya iqtisadi əlaqələri müzakirə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan-Çexiya iqtisadi əlaqələri müzakirə edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat naziri Şahin Mustafayev Çexiyanın Azərbaycandakı səfiri Milan Ekertlə görüşüb. 

 

İqtisadiyyat naziri qeyd edib ki, sənaye, nəqliyyat-tranzit, kənd təsərrüfatı, ticarət, əczaçılıq, turizm və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var.

 

Görüşdə nazir Şahin Mustafayev ölkəmizdə həyata keçirilən islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, çex iş adamlarını Azərbaycandakı sənaye parklarında və məhəllələrində yaradılmış işgüzar şəraitdən yararlanmağa dəvət edib.

 

Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert  ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək, iqtisadi sahədə Çexiya-Azərbaycan əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb. Keçirilən görüşlərin və aparılan müzakirələrin ikitərəfli əməkdaşlığın inkişafında önəmini qeyd edən səfir ölkələrimiz arasında əlaqələrin inkişafı üçün səy göstərəcəyini bildirib.

09.08.2019 08:06

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ