"OPEC+ ölkələri Azərbaycan və Qazaxıstanın hesabına hasilatı azaldıb"
Bu ilin İyul ayında Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv ölkələrdə gündəlik neft hasilatının həcmi 190 min barel azalaraq 29,71 milyon barel təşkil edib.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (İEA) avqust ayına dair hesabatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, OPEC+ formatında hasilatın azalmasına dair Vyana sazişinə əsasən, 2018-ci ilin oktyabr ayı ilə müqayisədə hasilatı ən çox, gündəlik 1 milyon barelə qədər azaldan ölkə Səudiyyə Ərəbistanıdır. Adıçəkilən sazişin şərtlərindən azad olan İran və Venesuelada isə hasilatın həcmi ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində sürətlə azalır. İyul ayında İran gündəlik hasilatın həcmini 50 min barel azaldaraq 2,23 milyon barrelə, Venesuela isə 60 min barel azaldaraq 0,81 milyon barelə çatdırıb.
İEA-nın hesablamalarına görə hasilatın azaldılması sazişinin iştirakçısı olan 11 OPEC ölkəsi iyul ayında həmin öhdəliyi 119%, qeyri-OPEC ölkələri isə 107% yerinə yetirib ki, bunun da əsas payı Azərbaycan və Qazaxıstana aiddir. İlin əvvəlindən isə OPEC+ ölkələri sazişi 115% səviyyəsində yerinə yetiriblər.
Xatırladaq ki, bu ilin iyul ayında OPEC+ ölkələri sözügedən sazişin müddətini 2020-ci ilin mart ayının sonuna qədər uzatmaq barədə razılığa gəliblər.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 32 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 gün əvvəl
Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi
-
2 gün əvvəl
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
-
2 gün əvvəl
Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
- 2 gün əvvəl
-
2 gün əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 2 gün əvvəl