"Sumqayıt Kimya Sənaye Parkı"nın gəlirləri 22 dəfədən çox artıb

"Sumqayıt Kimya Sənaye Parkı" MMC 2018-ci ili 122 min manat mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, MMC 2017-ci ili 17 milyon 880 min manat zərər ilə bağlamışdı.

 

“Marja” MMC-nin illik hesabatına istinadən xəbər verir ki, ötən il "Sumqayıt Kimya Sənaye Parkı"nın cəmi gəlirləri 10 milyon 952 min manat, cəmi xərcləri isə 10 milyon 830 min manat təşkil edib. Gəlirlərin 10 milyon 501 min manatını əsas əməliyyat gəlirləri təşkil edib. Ötən il MMC büdcədən vəsait almayıb.

 

2017-ci ildə "Sumqayıt Kimya Sənaye Parkı"nın cəmi gəlirləri 493 min manat, cəmi xərcləri isə 18 milyon 374 min təşkil etmişdi. Beləliklə, 2017-ci illə müqayisədə 2018-ci ildə Parkın cəmi gəlirləri 22,2 dəfə artıb, xərcləri 41% azalıb. Nəticədə MMC zərərdən mənfəətə keçib. 

9 Avqust 2019 , 16:42   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, info[email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin