Fərhad Əhmədov şəriklərinin hər birinə 200 manat sabit dividend ödəyib

“Grante” ticarət nişanı ilə  meyvə və giləmeyvə şirələri, kampotlar və narşərab  isrehsal edən Teymur Əhmədov adına “AZNAR” Qapalı Səhmdar Cəmiyyəti 2018-ci il üzrə 19 min 795 manat məbləğdə dividend elan edib.

 

“Marja” xəbər verir ki, bu barədə QSC-nin 2018-ci il üzrə illik hesabatında bildirilir.

 

Hesabatda qeyd edilib:

 

Ümumi yığıncaq qərara alır: Teymur Əhmədov adına “AzNar” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2018-ci ilin nəticələrinə görə 19.795 (on doqquz min yeddi yüz doxsan beş) manat məbləğdə dividend elan edilsin. Teymur Əhmədov adına “AzNar” QSC-nin səhmdarlarının mülkiyyətində olan səhmlərin sayını nəzərə alaraq dividendlərin verilməsi aşağıdakı qaydada həyata keçirilməklə, elan edilmiş 19.795 (on doqquz min yeddi yüz doxsan beş) manat məbləğdə dividend 25 minoritar səhmdar arasında hər səhmdara 200 (iki yüz) manat sabit dividend məbləği şəklində, qalan 14.795 (on dörd min yeddi yüz doxsan beş) manat 25 ədəd minoritar səhmdarın mülkiyyətində olan səhmlərin faiz nisbətinə mütənasib qaydada bölüşdürülsün.

 

Hesabat ili ərzində 19.795 (on doqquz min yeddi yüz doxsan beş) manat məbləğdə dividend 25 minoritar səhmdar arasında hər səhmdara 200 manat sabit dividend məbləği şəklində, qalan 14.795 (on dörd min yeddi yüz doxsan beş) manat 25 ədəd minoritar səhmdarın mülkiyyətində olan səhmlərin faiz nisbətinə mütənasib qaydada dividend kimi ödənilmişdir.

 

Qeyd edək ki, “AZNAR” QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara  məxsusdur. QSC-nin Direktorlar Şurasının sədri əslən azərbaycanlı olan Rusiya milyarderi Əhmədov Teymur Fərhad oğludur.

10 Avqust 2019 , 11:08   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin