Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Südü çox, əti ləzzətlidir - HACIQABULDA TƏSƏRRÜFATI YARADILIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Südü çox, əti ləzzətlidir - HACIQABULDA TƏSƏRRÜFATI YARADILIB

Hacıqabul rayonunun Meyniman kəndində yaşayan Cavid Mürvətli baxımı asan olan və çox gəlir gətirən Hələb keçisi təsərrüfatı yaratmaqla, iki il ərzində keçilərin sayını dörd dəfədən çox artıraraq 45 başa çatdırıb.

 

Həm xarici görkəminə və həm də digər xüsusiyyətlərinə görə yerli keçilərdən fərqlənən Hələb keçilərinin əti və südü çox qiymətlidir.

 

Hələb keçisinin əsas xüsusiyyəti 2-5 litr süd verməsidir. Keçi südü ana südünə ən yaxın süddür və buna görə də bahadır. İldə iki dəfə bala verir, bəzən 1, ya da 4 bala verən keçilər də olur.

 

Bu keçilər kəskin istilərə və mənfi 10 dərəcəyə qədər olan iqlim şəraitinə davamlıdır, əsasən südünə görə saxlanılır. Hələb keçisinin südü Avropa keçilərinin südündən yağlılığına görə 2 dəfə artıq, 5,9 faizə qədər yağlı ola bilir. Əlbəttə, bu qidalanmadan və laktasiya dövründən asılı ola bilir. Əti də çox ləzzətlidir.

 

Heyvanları Azərbaycan bazarında 500 manat civarında əldə etmək olur. Südü pərakəndə halda 3 manata, topdan isə 2-2,5 manata satılır. Yay aylarında keçinin südünü əsasən dondurma hazırlayanlar alır. Həmçinin pendir düzəltmək də olur.

 

Hələb keçilərinin qulaqları digərləri ilə müqayisədə daha uzundur. Uzun və nazik qulaqlar vasitəsilə beyinə gedən qan sirkulyasiya olaraq soyuyur və istilərdə keçilərin başının soyuq saxlanmasına xidmət edir. Burunlarının donqar olması isə nəfəsalmanı asanlaşdırır.

© Azərtac

10.08.2019 10:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ