Gürcüstan yeni etiraz aksiyaları ilə üz-üzədir

Gürcüstanda müxalif “Rustavi 2” televiziya kanalının keçmiş baş direktoru Nika Qvaramia 3 ildən 5 ilədək azadlıqdan məhrum edilə bilər.

 

Gürcüstanın Baş Prokurorluğunda N.Qvaramiaya qarşı ittiham irəli sürülüb. N.Qvaramia səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

 

Baş Prokurorluqda keçirilən brifinqdə bildirilib ki, istintaq zamanı N.Qvaramiaya qarşı həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət ediləcək. Keçmiş baş direktorun günahı sübuta yetirilərsə, onu cərimə, iki il müddətinə islahedici iş, 6 aydan 2 ilədək ev dustaqlığı və ya 3 ildən 5 ilədək həbs cəzası gözləyir.

 

Qeyd edək ki, “Rustavi 2”nin sahibi dəyişəndən sonra N.Qvaramia iyulun 18-də kanalın baş direktoru vəzifəsindən azad olunub.

 

Prokurorluğun məlumatından sonra siyasətçilərin məsələyə münasibəti özünü çox gözlətməyib.

 

Sabiq prezident Georgi Marqvelaşvili bildirib ki, Gürcüstan avtoritarizmə gedir. “Son hadisələr göstərir ki, hakim partiya öz kursunu və ölkəni idarəetmə üsulunu dəyişib. Ölkə avtoritarizmə sürüklənir”, – deyə sabiq prezident vurğulayıb.

 

Digər siyasətçilər də telekanalın rəhbərinə qarşı ittihamın irəli sürülməsini ölkədə demokratiyanın boğulması kimi qiymətləndirirlər.

 

Analitiklərin fikrincə, Gürcüstanda yeni siyasi proseslər başlayır və ölkə yeni etiraz aksiyaları ilə üz-üzədir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac 

10 Avqust 2019 , 13:25   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin