Naftalana gələn turistlərin 37 faizi əcnəbilərdir

Sağlamlıq turizminin beynəlxalq mərkəzlərindən birinə çevrilən Naftalanın turizm obyektlərində bu ilin 6 ayı ərzində 14476 nəfər turist qeydə alınıb.

 

İldən-ilə özünün turizm şəhəri kimi şöhrətini genişləndirən Naftalanın turist qəbulu sahəsindəki statistik göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz çoxdur.

 

Naftalan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, dünyanın bütün qitələrindən turist qəbul edən Naftalan şəhərinə bu ilin birinci yarısında ayrı-ayrı ölkələrdən, ümumilikdə, 5345 turist gəlib.

 

Bu da onu göstərir ki, Naftalana gələn turistlərin təxminən 37 faizi əcnəbilərdir.

10 Avqust 2019 , 15:15   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin