Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yeganə dövlət BOKT-unun vəziyyəti məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeganə dövlət BOKT-unun vəziyyəti məlum oldu

Xarici valyuta ilə əməliyyatlar üzrə zərər və əməliyyat xərclərinin artması “Aqrarkredit”in artan gəlirlərini silib.


 

Yeganə dövlət bank olmayan kredit təşkilatı “Aqrarkredit” QSC 2018-ci ili 212 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə 36,1% azdır. QSC 2017-ci ili 331 min manat xalis mənfəət ilə bağlamışdı.

 

CƏMİ GƏLİRLƏRİ DƏ, XƏRCLƏRİ DƏ ARTIB

 

“Marja” QSC-nin illik hesabatına istinadən xəbər verir ki, ötən il “Aqrarkredit”in cəmi gəlirləri 22 milyon 452 min manat cəmi xərcləri isə 22 milyon 240 manat təşkil edib. Nəticədə 212 min manat xalis mənfəət qalıb.

 

Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə “Aqrarkredit”in cəmi gəlirləri 13 milyon 26 min manat cəmi xərcləri isə 12 milyon 695 min manat təşkil etmişdi.

 

İllik müqayisədə “Aqrarkredit”in cəmi gəlirlərinin artması faiz və digər gəlirlərinin artması ilə bağlıdır.

 

FAİZ GƏLİRLƏRİ 2 DƏFƏDƏN ÇOX ARTIB

 

2017-ci illə müqayisədə 2018-ci ildə “Aqrarkredit”in faiz gəlirləri 2,1 dəfə artaraq 17 milyon 173 min manat təşkil edib. Təşkilat 2017-ci ildə 8 milyon 182 min manat faiz gəlirləri əldə etmişdi.

 

“Aqrarkredit”in gəlirləri artsa da, həm də ehtimal olunan zərərlər üçün ehtiyatın yaradılmasına daha az ayırsa da xarici valyuta ilə əməliyyatlar üzrə zərər və əməliyyat xərclərinin artması ilə əlaqədar olaraq xalis mənfəəti illik müqayisədə az olub.

 

Faiz gətirən aktivlər üzrə ehtimal edilən zərərlər üçün ehtiyat yaradılmasına ayırma 4,2 dəfə azalaraq 1 milyon 930 min manata düşüb.

 

2017-ci illə müqayisədə 2018-ci ildə “Aqrarkredit”in əməliyyat xərcləri 2 dəfə artaraq 11 milyon 799 min manat təşkil edib.

 

8 MİLYON MANATA YAXIN ZƏRƏR

 

Ötən il “Aqrarkredit”  xarici valyuta ilə əməliyyatlar üzrə 7 milyon 811 min manat zərər edib. Halbuki, təşkilat 2017-ci ildə bu istiqamət ürzə 3 milyon 897 min manat gəlir əldə etmişdi.

 

AKTİVLƏRİNİN BÖYÜK HİSSƏSİ ABB-DƏN ALINMIŞ AKTİVLƏRDİR

 

31 dekabr 2018-ci il tarixində “Aqrarkredit”  13 milyard 517 milyon manat cəmi aktivlərə malik olub. Cəmi aktivlərin 12 milyard 779 milyon manatını Azərbaycan Beynəlxalq Bankından (ABB) alınmış aktivlər təşkil edib. 2017-ci ilin sonunda təşkilatın 14 milyard 224 milyon manatlıq cəmi aktivlərinin 13 milyard 558 milyon manatını Azərbaycan Beynəlxalq Bankından alınmış aktivlər təşkil etmişdi. Ötən il Beynəlxalq Bankdan alınmış aktivlər 779 milyon manat azalıb.

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR CÜZİ ARTIB

 

2017-ci illə müqayisədə 2018-ci ildə “Aqrarkredit” in müştərilərə verdiyi kreditlər 1% artaraq 80 milyon 658 milyon manata çatıb.

 

31 dekabr 2018-ci il tarixində “Aqrarkredit”  13 milyard 494 minlyon manat cəmi öhdəliklərinin 13 milyard 451 milyon manatını buraxılmış borc qiymətli kağızları təşkil edib. İlin sonunda “Aqrarkredit” 23 milyon 282 min manat cəmi kapitala malik olub.

14.08.2019 06:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ