ABŞ bəzi Çin məhsullarına əlavə vergini təxirə saldı - BİRJALAR YÜKSƏLDİ, NEFT BAHALAŞDI

ABŞ Ticarət Nümayəndəsi "səhiyyə, bəzi digər faktorlar" səbəbilə bəzi Çin məhsullarına yeni əlavə gömrük vergilərinin 15 dekabra qədər təxirə salınacağını açıqlayıb.

 

“Marja” xəbər verir ki, açıqlamada kompüter (noutbuk), oyuncaq, video oyun konsolları, ayaqqabı, geyim məhsulları və cib telefonu kimi bəzi məhsullara əlavə vergi tətbiqinin 15 dekabra qədər təxirə salınacağı qeyd edilib.

 

ABŞ Prezidenti Donald Tramp bir neçə həftə əvvəl 300 milyard dollar dəyərindəki Çin məhsullarına 1 Sentyabrdan etibarən 10%-lik əlavə gömrük vergisi tətbiq ediləcəyini açıqlamışdı. 

 

Açıqlamadan sonrası birjalar yüksəlib. Neft bahalaşıb və Brent neftinin qiyməti yenidən 60 dolları keçib. 

14 Avqust 2019 , 09:18   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin