Foreks bazarlarında dollar bahalaşır

Beynəlxalq maliyyə bazarlarında Amerika ilə Çin arasında növbəti müsbət addımlara işarə olan açıqlamalar investorların diqqət mərkəzindədir.


 

Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətləri son bir gün ərzində 0.6% bahalaşıb. Bahalaşmaya səbəb ABŞ-ın Çin məhsullarına qarşı yeni gömrük rüsumları planında dəyişikliklərin edilməsidir. 

 

Dəyişikliyə əsasən, səhiyyəyə aid və milli təhlükəsizlik üçün önəmli olan məhsullara qarşı 10%-lik rüsum ləğv edilir, digər məhsullara qarşı rüsumların tətbiqi isə sentyabrın 1-dən dekabrın 15-nə ertələnib. 

 

Bununla yanaşı, iki ölkə arasında baş tutan telefon danışığını Amerika prezidenti “çox məhsuldar” adlandırıb. 

 

Qızılda korreksiya

 

Əlvan metallar bazarlarında da qızılın qiymətində korreksiya müşahidə edilir. Qızılın bir unsiya üzrə qiyməti cari həftə ərzində 1535$-a kimi bahalaşdıqdan sonra 1480$-a kimi ucuzlaşıb və 1460$-a kimi də ucuzlaşa bilər. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

14 Avqust 2019 , 09:23   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin