Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Elman Rüstəmov dünya mərkəzi banklarının sədrlərinin reytinqində

iç səhifə xəbər başlığı altı (mobil)_31
Elman Rüstəmov dünya mərkəzi banklarının sədrlərinin reytinqində

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov dünya mərkəzi banklarının sədrlərinin reytinqində B kateqoriyada qərarlaşıb. 

 

Reklam_3_11

Bu barədə “Global Finance” jurnalının hazırladığı “Central Banker Report Cards 2019” hesabatında qeyd edilib.

 

Hər il hazırlanan hesabatda bu il ümumilikdə 94 ölkənin mərkəzi bankının sədri yer alıb. Sədrlərin dərəcələndirliməsi “A”dan “F”dək müəyyənləşib ki, bu zaman onların inflyasiyaya nəzarət, iqtisadi inkişaf məqsədləri, məzənnə sabitliyi və faizin idarə edilməsi sahələrində uğurları nəzərə alınır.

 

Bu baxımdan “A” kateqoriyası ən yaxşı, “F” isə ən pis nəticə olaraq götürülür.

 

Bütün bunlar nəzərə alınaraq Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov “B” kateqoriyasında qərarlaşıb. Xatırladaq ki, 2018-ci ildə də AMB sədri eyni yerdə idi.

 

Builki sıralamada “A” kateqoriyasında Avstraliya, Honduras, İslandiya, Küveyt, Livan, Meksika, Mərakeş, Rusiya, Cənubi Koreya və Tayvan yer alıb. Qonşu Gürcüstan “A-”da qərarlaşsa da Ermənistan, ümumiyyətlə, siyahıya daxil edilməyib. 

 

Sonuncu “F” kateqoriyasında isə Venesuela qərarlaşıb. “Global Finance” jurnalı Baham, Şərqi Karib, Paraqvay, Macarıstan, İsveç, İndoneziya, Yaponiya, Malayziya, Şri-Lanka, Tailand, Anqola, Qana, Madaqaskar, Mavritaniya, Oman, Cənubi Afrika Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mərkəzi banklarının sədrlərini Elman Rüstəmovun qrup yoldaşı kimi qeyd edib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© “Report”

14.08.2019 08:51

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ