Hər 100 ailədən 47-sinin avtomobili yoxdur – AVTOMOBİLLƏRİN SAYI AÇIQLANDI

Azərbaycandakı avtomobillərin sayı açıqlanıb.


 

2018-ci ildə Azərbaycanda nəqliyyat vasitələrinin sayı 28 min 250 ədəd artıb.

 

“Marja” xəbər verir ki, 31 Dekabr 2018-ci il tarixində Azərbaycanda 1 milyon 370 min 574 ədəd nəqliyyat vasitəsi qeydiyyatda olub.

 

2017-ci ildə qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 11 min 773 ədəd artmış və həmin ilin sonunda 1 milyon 342 min 324 ədədə çatmışdı.

 

Ötən ilin sonunda qeydiyyatda olmuş nəqliyyat vasitlərinin 85%-ni və ya 1 milyon 170 min 672 ədədini minik avtomobilləri təşkil edib.

 

Ötən ilin sonunda minik avtomobillərinin 896 min 307 ədədinin və ya 76,5%-nin yaşı 10 ildən yuxarı olub. Cəmi 72 min 266 ədəd avtomobilin yaşı 5 ilə qədərdir. Yaşı 5-10 il civarında olan minik avtomobillərin sayı isə 202 min 99 ədəd təşkil edib. 

 

Azərbaycanda hər 1000 nəfərə 140 avtomobil, hər 1000 nəfərə 119 minik avtomobili, hər 100 ailəyə isə 53 minik avtomobili düşüb.

14 Avqust 2019 , 11:11   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin