Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın idxalı kəskin artıb, saldo düşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın idxalı kəskin artıb, saldo düşüb

2019-cu ilin yanvar-iyul dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi  20 milyard 701 milyon 383 min ABŞ dolları təşkil edib.

 

“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 7 ayda idxalın məbləği 8 milyard 433 milyon 668  min dollar, ixracın həcmi 12 milyard 267  milyon 714 min dollar, saldo müsbət 3 milyard 834 milyon dollar təşkil edib.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-iyul dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 16 milyard 524 milyon 541 min dollar, o cümlədən idxal 5 milyard 776 milyon 222 min dollar, ixrac 10 milyard 748 milyon 319 min manat, saldo müsbət 4 milyard 2 milyon manat təşkil etmişdi.

 

İllik müqayisədə (ötən ilin 7 ayı ilə) idxal 42%, ixrac 14,1% artıb, saldo isə 4,2% azalıb.

 

İYULDA İXRACDA SIÇRAYIŞ

 

İyul ayında Azərbaycanın ixracı 2 milyard 288 milyon 251 min dollar təşkil edib. Bu, İyun ayı ilə müqayisədə 1,7 dəfə çoxdur. İyunda ixrac 1 milyard 358  milyon 574 min dollar təşkil etmişdi.

 

İyun ayı ilə müqayisədə İyulda idxal da artıb. Aylıq müqayisədə idxal 20% artaraq 1 milyard 417 milyon 438 min dollar təşkil edib.

14.08.2019 09:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ