Azərbaycanda iyul ayı üzrə gündəlik neft hasilatı açıqlanıb

Respublikada iyul ayı üzrə gündəlik neft hasilatı 778 min barrel olub. 

 

Azərbaycan Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bunun 704 min barrelini xam neft, 74 min barrelini kondensat təşkil edib. Gündəlik 500 min barrel xam neft, 70 min barrel kondensat, 29 min barrel isə neft məhsulları ixrac edilib.

 

Qeyd edək ki, cari ilin yanvar - iyul aylarında orta gündəlik neft hasilatı 771,7 min barrel təşkil edib.

 

Energetika Nazirliyi iyul ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

 

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.

14 Avqust 2019 , 11:46   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin