Xaricdən Azərbaycana göndərilən pullar azalıb

2019-cu ilin 6 ayında ölkəyə daxil olan pul baratları 495.4 milyon ABŞ dolları təşkil etmişdir.

 

“Marja” xəbər verir ki, bu, Mərkəzi Bankın 2019-cu ilin 1-ci yarısı üzrə Pul Siyasəti İcmalında bildirilir.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 6 ayında ölkəyə daxil olan pul baratları 681 milyon  ABŞ dolları təşkil etmişdir. Beləliklə, ötən ilin 1-ci yarısı ilə müqayisədə bu ilin 1-ci yarısında ölkəyə daxil olan pul baratları 185,6 milyon dollar və ya 27,3% azalıb.

 

Barat - bank və ya poçt vasitəsilə göndərilən puldur. 

 

14 Avqust 2019 , 12:33   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin