Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Kredit aktivliyi aşağı templə yüksəlib, iri likvidlik profisiti qalmaqdadır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kredit aktivliyi aşağı templə yüksəlib, iri likvidlik profisiti qalmaqdadır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cari ilin 6 ayında kredit aktivliyinin aşağı templə yüksəlməsinə baxmayaraq bank sistemində iri həcmli likvidlik profisiti qalmaqda davam etmişdir. Bu da Mərkəzi Bankın həyata keçirdiyi sterilizasiya əməliyyatlarına yüksək tələbi şərtləndirmişdir.

 

“Marja” xəbər verir ki, bu, Mərkəzi Bankın 2019-cu ilin 1-ci yarısı üzrə Pul Siyasəti İcmalında bildirilir.

 

İcmalda qeyd edilib ki, hesabat dövründə Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 26 depozit hərracı, notların yerləşdirilməsi üzrə 26 hərrac keçirmişdir. Depozit əməliyatları vasitəsilə vəsaitlər 14 gün müddətinə cəlb edilmiş, notlar isə 28 gün müddətinə yerləşdirilmişdir. Hesabat dövrünün sonuna depozit əməliyyatları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin cəmi qalığı 950 mln. manat olmuşdur. Bundan depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlər 250 mln. manat, notların yerləşdirilməsi nəticəsində cəlb edilən vəsaitlər isə 700 mln. manat təşkil etmişdir. 6 ayın sonuna depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin qalığı ilin əvvəli ilə müqayisədə 44.4% azalmışdır ki, bu da pul təklifinə artırıcı təsir etmışdır.

 

Dəhlizin aşağı həddinin aşağı salınması ilə sterilizasiya əməliyyatları üzrə gəlirliyin aşağı düşməsinə baxmayaraq, tələb təklifi keçirilən depozit hərraclarında 2.7 dəfə, notların yerləşdirilməsi üzrə hərraclarda isə 2.4 dəfə üstələmişdir. Bu bank sistemində izafi likvidliyin yüksək olaraq qalmaqda olduğunu göstərir.

14.08.2019 11:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ