Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

İşədüzəlmədə vasitəçilik edənlərə dair yeni tələblər qüvvəyə mindi

iç səhifə xəbər başlığı altı (mobil)_31
İşədüzəlmədə vasitəçilik edənlərə dair yeni tələblər qüvvəyə mindi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nazirlər Kabineti "İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər"i təsdiq edib.

 

“Marja”nın məlumatına görə, işədüzəlmədə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən elektron qaydada aparılacaqdır. 

 

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestri  “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsində nəzərdə tutulan işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barəsində məlumatların məcmusudur.

 

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair tələblər aşağıdakılardır:

 

- Reyestrdə qeydiyyatdan keçməlidir;

 

- iqtisadi fəaliyyət növü işədüzəlmədə vasitəçilik fəaliyyəti olmalıdır;

 

-işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə əlaqədar toplanılmış informasiya ehtiyatları ilə bağlı Nazirliklə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin etməlidir;

 

-Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərinə əməl etməlidir.

 

Qaydalar ilə daha ətraflı buradan tanış ola bilərsiniz. 

14.08.2019 11:55

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ