Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dövriyyədəki nağd pulun həcmi 10 faizə yaxın artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövriyyədəki nağd pulun həcmi 10 faizə yaxın artıb

2019-cu ilin I yarımilliyində pul təklifi inflyasiya hədəfi və iqtisadiyyatın pula olan tələbi nəzərə alınmaqla tənzimlənmişdir.

 

“Marja” xəbər verir ki, bu, Mərkəzi Bankın 2019-cu ilin 1-ci yarısı üzrə Pul Siyasəti İcmalında  bildirilir.

 

İcmalda qeyd edilib ki, 2019-cu ilin 6 ayı ərzində manatla pul bazası 8.7% artmış və dövrün sonuna 10 milyard 376.9 milyon manat təşkil etmişdir. Büdcə xərcləmələri və bank sisteminin likvidlik mövqeyi pula tələbin mühüm amilləri olaraq qalmışdır. Hökümət hesablarının qalığının dəyişimi pul bazasına I rübdə azaldıcı, II rübdə isə artırıcı təsir göstərmişdir.

 

Hesabat dövründə manatla pul bazasının struktur elementi olan dövriyyədəki nağd pulun həcmi 9.7%, manatla müxbir hesabların qalığı isə 2.3% artmışdır.

 

I yarımillikdə manatla geniş pul kütləsi (M2) 8.1% artmış və dövrün sonuna 15 milyard 834.3 milyon manat təşkil etmişdir.

 

Manatla pul kütləsinin (M2) strukturunda nağd pul kütləsi, fiziki şəxslərin əmanətləri və hüquqi şəxslərin depozitləri fərqli dinamika nümayiş etdirmişlər. Dövr ərzində nağd pul kütləsi 10.2% artmış və hüquqi şəxslərin manatla depozitləri 8% azalmış, fiziki şəxslərin manatla əmanətləri 20,9% artmışdır.

 

I yarımillikdə manatla tələb olunanadək əmanət və depozitlər 4.4%, müddətli əmanət və depozitlər isə 9.1% artmışdır.

 

Hesabat dövründə geniş pul kütləsi (M3) 5.1% artmış və dövrün sonuna 25 milyard 284.2 milyon manat təşkil etmişdir.

 

2019-cu ilin I yarımilliyində bank depozitlərinin dollarlaşma səviyyəsində azalma meyili davam etmişdir. Belə ki, ilin əvvəli ilə müqayisədə milli valyutada müddətli əmanət və depozitlər 11.7%, xarici valyutada isə 3.5% artmışdır. Xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi dövrün əvvəlində 39.1% olduğu halda, dövrün sonuna 37.4%-ə enmişdir.

 

Fiziki şəxslərin əmanətləri üzrə dollarlaşma 2019-cu ilin əvvəlindəki 62.5%-dən I yarımilliyin sonunda 56.5%-ə enmişdir.

14.08.2019 12:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ