Azərbaycan Rusiya qarşısında 760 milyon dollar mənfidədir

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi  1 mlrd. 381 mln. 607 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 23,2% çoxdur.

 

Bu barədə  Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

 

Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,76%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.

 

Yanvar-iyul aylarında Azərbaycan Rusiyaya 423 mln. 235 min dollar dəyərində (artım 9,4%) məhsul ixrac edib. Bütövlükdə, bu dövrdə Azərbaycandan ixracın 3,45%-i Rusiyanın payına düşüb.

 

2019-cu ilin 7 ayı ərzində Rusiyadan Azərbaycana idxalın həcmi 1 mlrd. 183 mln. 762 min dollar (artım 29%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 14,04% Rusiyadan tədarükün payına düşüb.

 

Beləliklə, yanvar-iyul aylarında RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu 760 mln. 527 min dollar təşkil edib.

 

2018-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2 mlrd. 550 mln. 906 min dollar təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 19,1% çoxdur. Ötən il Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,25%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.

14 Avqust 2019 , 15:18   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin