Bu ailənin sərvəti hər dəqiqə 70 min dollar, hər saat 4 milyon dollar artır

Dünyanın ən varlı 25 ailəsinin sərvəti 24% artaraq 1.4 trilyon dollara çatıb.  


 

2019-cu ilin ötən dövründə dünyanın ən zəngin 25 ailəsi sərvətlərini 24% artırıb.

 

“Marja” “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ-ın ən məşhur supermarket şəbəkəsi Wal-Mart-ın sahibi Walton ailəsinin sərvəti hər dəqiqə 70 min dollar, hər saat 4 milyon dollar, hər gün isə 100 milyon dollar artır. Siz  xəbərin bu nöqtəsinə qədər oxuduğunuzda sərvətlərinə 23 min dollar daha əlavə olunub.

 

Dünyanın ən varlı ailəsinin sərvətinin 191 milyard dollara qalxdığı təxmin edilir.

 

Walton-lara ən yaxın ailələr 127 milyardlıq sərvəti ilə Mars ailəsi və 125 milyard dollar ilə Koch qardaşlarıdır.

 

Super zənginlər dünyada qızıl zamanını yaşayırlar. Dünyanın ən varlı 25 ailəsi keçən illə müqayisədə sərvətlərini 25% artırıb. Söz mövzusu ailələrin cəmi sərvəti 1.4 trilyon dollardır.

 

Səudiyyə Ərəbistanı Kral ailəsinin cəmi sərvətinin 100 milyard dollar olduğu hesablanır.  

 

Dünyanın ən varlı 10 ailəsi

 

1. Walton ailəsi (Walmart şirkəti)  190.5 milyard dollar 

2. Mars ailəsi (Mars şirkəti)  126.5 milyard dollar

3. Koch ailəsi (Koch Industries) şirkəti  124.5 milyard dollar

4. Al Saud ailəsi (Səudiyyə Ərəbistanı kral ailəsi) 100 milyard dollar

5. Wertheimer ailəsi (Chanel şirkəti) 57.6 milyard dollar

6.Hermes ailəsi (Hermes şirkəti)  53.1 milyard dollar

7.Van Damme, De Spoelberch və De Mevius ailələri (Anheuser-Busch InBev şirkəti)  52.9 milyard dollar

8.Boehringer və Von Baumbach ailəsi (Boehringer Ingelheim şirkəti)  51.9 milyard dollar

9. Ambani ailəsi (Reliance Industries şirkəti)  50.4 milyard

10. Cargill və MacMillan ailələri (Cargill Inc. şirkəti) 42.9 milyard dollar

14 Avqust 2019 , 15:34   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin