Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“AzInTelecom”da yeni təyinat olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzInTelecom”da yeni təyinat olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin Maliyyə departamentinə yeni direktor təyin edilib.

 

Bu vəzifə Turan Cəfərovaya həvalə olunub.

 

O, bundan əvvəl nazirliyin ləğv edilmiş şirkəti - “Yüksək Texnologiyalar Parkı” MMC-nin (TYP) Maliyyə departamentinin direktoru olub və yeni vəzifəsində Fuad Əhmədovu əvəz edib. Xatırladaq ki, F.Əhmədov ötən ilin dekabr ayında işdən çıxıb və onun vəzifəsini müvəqqəti olaraq şirkətin baş mühasibi Aytən Şirəliyeva icra edib.

 

"AzInTelecom” 2015-ci ilin iyun ayında yaradılıb. Onun nizamnamə kapitalı 8,146 milyon manatdır. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində "İnfrastruktur Xidmət kimi" (IaaS) əsaslı xidmətlərdən ibarətdir.

 

“AzInTelecom” ötən ilin mart ayında “Azercell Telecom”un səhmlərinin 51,3%-ni əldə edib. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© “Report”

14.08.2019 13:51

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ