Azərbaycana kərə yağı idxalı ucuzlaşıb

2019-cu ilin 7 ayı ərzində Azərbaycana xaricdən 37 milyon 304 min dollar dəyərində 7 482 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Halbuki, ötən ilin eyni dövründə bundan 13% çox məbləğə daha az kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.

 

“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin 7 ayı ərzində Azərbaycana 42 milyon 987 min dollar dəyərində 7 304 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdir. Beləliklə, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı miqdar ifadəsində 178 ton və ya 2,4% artıb, məbləğ ifadəsində isə 5 milyon 583 min dollar və ya 13,2% azalıb.

14 Avqust 2019 , 16:06   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin