Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Global Finance” 2-ci ildir Elman Rüstəmovun fəaliyyətini yüksək reytinq ilə qiymətləndirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Global Finance” 2-ci ildir Elman Rüstəmovun fəaliyyətini yüksək reytinq ilə qiymətləndirir

Xəbər verdiyimiz kimi, “Global Finance” jurnalı Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun fəaliyyət reytinqini yenə də yüksək “B” səviyyəsində təsdiq etmişdir.

 

Reklam_3_11

Bəs jurnalın hazırladığı reytinq hansı faktlara söykənir?

 

İlk ölncə qısaca qeyd edək ki, Global Finance” jurnalı maliyyə jurnalı 1987-ci ildə təsis edilib. Jurnalın baş idarəsi ABŞ-ın Nyu-York şəhərindədir. Əsas məqsədi korporativ liderləri, bankirləri, eləcə də investorları qlobal iqtisadiyyat və maliyyə sistemindəki gedişatlar barədə məlumatlandır­maq olan aylıq nəşr 188-dən çox ölkədə izlənir. Dərginin 50 mindən çox birbaşa abunəçisi var. 32 illik təcrübəsi olan jurnal “Global Finance Media”, Inc-holdinqə məxsusdur. “Global Finance”-in Nyu-York, London, Milan, Rio-de-Janeyroda ofisləri var.

 

Jurnalın əsas işlərindən biri müxtəlif nominasiyalarda reytinq siyahıları hazırlayaraq yayımlamaqdır. Bu reytinq siyahılarından biri də hər il dərc olunan Mərkəzi Bank rəhbərlərinin reytinq hesabatıdır (Central Banker Report Cards). Hesabatda reytinqlər “A” dan “F”-ə qədər, yəni 6 kateqoriya üzrə dəyişir və inflyasiyaya nəzarət, iqtisadi artım hədəfləri, milli valyutanın sabitliyi və faiz dərəcəsinin idarə olunması kimi göstəricilərə əsasən təqdim olunur.

 

Jurnalın hazırladığı Mərkəzi Bank rəhbərlərinin reytinq hesabatında 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmovun da adı yer alır və 2-ci ildir ki, yenə də yüksək “B” kateqoriyası ilə qiymətləndirilib. Məlumat üçün qeyd edək ki, 98 ölkənin arasında “B reytinqi”ndə qiymətləndirilmiş məhdud sayda ölkələr sırasında Kanada, Macarıstan, Norveç, İsveç və Çexiya kimi ölkələrin baş bankirləri də var.

 

Təbii ki, bu qiymət də təsadüfi deyil. Məlum olduğu kimi qeyd olunan göstəricilər üzrə həqiqətən də Azərbaycan iqtisadiyyatında son illər müsbət dinamika dayanıqlı xarakter alıb. Ölkədə bərqərar olmuş makroiqtisadi sabitlik qorunub saxlanılır. Aparılan ardıcıl iqtisadi islahatlar hesabına iqtisadi artım yüksəlməkdə davam edir. Bu artımda əldə olunmuş aşağı səviyyəli inflyasiya mühüm rol oynayır. Ölkənin ixracat potensialı artmaqda davam edir, valyuta ehtiyatları davamlı artır və bunların əsasında milli valyutanın dayanıqlı sabitliyi təmin olunur. Məhz bu göstəricilərin əldə olunmasında Mərkəzi Bankın yeritdiyi pul-məzənnə siyasətinin rolu nəzərə alınmaqla Elman Rüstəmovun yüksək reytinqli qiymətinin yenidən təsdiqlənməsi məntiqi nəticədir.   

 

Hesabatın tam mətni Global Finance’s Central Banker Report Cards 2019

 

14.08.2019 15:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ